"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: “Biz bir bələdiyyə olaraq məhkəmə prosesində ədalətli qərar verilənədək mübarizəmizi aparacağıq”

--2022-09-29 / 06:18

Xəbər verdiyimiz kimi, Nərimanov bələdiyyəsi qarşılıqlı iddia ərizəsiylə Nərimanov məhkəməsinə müraciət edib. Belə ki, cari ilin bir sentyabr tarixində Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin imzasıyla Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin əsədovaya ünvanlanan iddia ərizəsində cavabdeh kimi əliməmmədov Natiq islam oğlu, “inteks” MMC və “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsi göstərilib.

Maraqlıdır, bu günə kimi bələdiyyənin qarşılıqlı məhkəmə iddiasına baxış həyata keçirilibmi, ümumiyyətlə proses hansı vəziyyətdədir?

Bu suallara aydınlıq gətirən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və   Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Belediyye.infoya bidlirib ki, iddia ərizəsiylə bağlı həm hazırlıq iclası, həm də iki dəfə məhkəmə baxışı keçirilib.

Lakin təəssüf edirəm ki, məhkəmə prosesində baş verən prosesləri təhlil etsək bir sıra məqamlar bizdə narahatlıq yaradıb. Məhz bu məqamlar prosesin obyektiv və ədalətli aparılmasını şübhə altına alır. Bir çox hallarda məhkəmə ekspertinin müəmmalı fikirləri, habelə “inteks”MMC-ni və əliməmmədov Natiq islam oğlunu təmsil edən vəkillərin Nərimanov bələdiyyəsinn təmsilçisinin suallarına dolaşıq cavabları onların hər birinin bu məhkəmə prosesindən tam şəkildə məlumatlı olmadıqlarından xəbər verir və hiss olunur ki, vəkillər prosesi dərindən izləməyiblər. Yəni əraziyə əyani baxış keçirmədən hansı qərarı vermək olardı. Və ya həmin ünvana çıxarış alımış şəxsin fəaliyyət göstərdiyi bina haqqında təssəvürü yoxdursa və bunun üçün cavabdeh kimi həm əliməmmədov Natiq islam oğlunun və “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsininn təmsilçisi prosesə dəvət edilmirsə demək prosesin ədalətli və obyektiv aparıdığından danışmaq hələ tezdir. iki dəfə prosesə dəvət edilən “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçisi məhkəmə baxışına gəlmirsə buna nə ad vemək olar? Və yaxud təmsilçimizin sualına cavabdeh tərəfin vəkili “məlumatım yoxdur” deyirsə, niyə cavabdeh tərəfin özü prosesə hansı məqsədlə cəlb edilmir?

Bir daha təkrar edirəm ki, bələdiyyənin iyirmi ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binanın söküntüsündən sonra satışa çıxarılması özü qanunsuz bir prosesdir. Düşünürəm ki, hakim qəbul edəcəyi qərarda diqqətli olmalı, bütün bələdiyyə sistemini narahat edən bir iddiaya ədaləti qərar qəbul etməlidir.

əlavə edim ki, Nərimanov məhkəməsinin hakimi Gültəkin əsədovanın bu prosesdə bir tərəfli mövqedə dayanması da açıq-aydın hiss olunur. Hər halda düşünürəm ki, hakim bu dəfə insafa gəlib qanunuyğun qərar qəbul etməklə Ulu öndər Heydər əliyevin təbirincə desək “Bələdiyyələrin demokratiyanımn inkişafına yeni bir mərhələ olması” üçün öz töhvəsini verəcəkdir. Son olaraq qeyd edim ki, biz bir bələdiyyə olaraq bu məhkəmə prosesində ədalətli qərar verilənədək mübarizəmizi aparacağıq.  

P.S. Açıqlamada adıçəkilən tərəflərin fikirlərini saytda yerləşdirməyə hazırıq.

Belediyye.info

https://www.youtube.com/watch?v=q7rh7E1MbME

 

ŞƏRHLƏR