Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi "ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda keçirilən layihənin icrasıyla bağlı 4-7 oktyabr 2022-ci il tarixlərində ilk görüşü Tovuz şəhərində rayon bələdiyyələrinin iştirakıyla keçirib.
Görüşdə Tovuz rayonunda formalaşan bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçuları, Tovuz RiH-in məsul əməkdaşları Nazim ismayılov və şahmar Həsənli, şəmkir regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Heydər əliyev və 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsul əməkdaşları Sahib Səmədov və Tofiq əliyev iştirak ediblər.
Tovuz RiH-in təşkilatçılığı ilə keçirilən görüşü giriş sözüylə açan “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda növbəti layihəsinin icrasına sentyabrın əvvəlindən başlanıldığını bildirib. Bu müddət ərzində bu istiqamətdə bir sıra təhlil və araşdırma aparılmış və görüşlərin təşkili ilə bağlı bir sıra mərkəzi və yerli icra orqanlarıyla yazışmalar aparılmışdır.
Sədr bildirib ki, üç ay davam edən layihənin əsas məqsədi ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına nail olmaq və sosial şəbəkələrin imkanlarından istifadə edərək ətraf mühitin qorunmasına dair əhali arasında maarifləndirmə işlərini aparmaqdır.
Tovuz şəhərində keçirilən görüşün əsas məqsədi ətraf mühitin qorunması istiqamətində görüləcək işləri müzakirə etmək və bələdiyyələrin bu istiqamətdə öz iş planlarının hazırlanmasına dəstək verməkdir.
ictimai birliyin sədri Vüqar Tofiqli (Cəfərov) çıxışında ölkə bələdiyyələrinin ötən illərdəki fəaliyyətinə nəzər yetirərək, yerli özünüidarəetmə orqanlarının bu illər ərzində ətraf mühitin qorunmasıyla bağlı ciddi addımlar atıldığını və diqqətiçəkən saysız-hesabsız layihələrin icra edildiyini bildirib.
Sədrin sözlərinə görə, bu gün bələdiyyələr rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə təşkil edilən bütün ağacəkmə aksiyalarında aktiv iştirak etməkləyanaşı, özlərinin təşkilatçılığı ilə həyata keçirilən digər layihələrlə cəmiyyətdə sözlərini deyə biliblər. Hazırda bələdiyyələr tərəfindən mütəmadi olaraq ağacəkmə aksiyaları, müxtəlif məzmunlu iməciliklər, o cümlədən ətraf mühitin təmizliyi ilə bağlı ərazilərin zərərli tullantılarından, habelə çirkab kanalizasiya sularından təmizlənməsiylə bağlı ciddi layihələr icra edilməkdədir. Lakin etiraf edilməlidir ki, seçicilərin bələdiyyələrdən gözləntisi daha böyükdür.
Dünyada baş verən qlobal istiləşmənin qarşısının alınmasında, ətraf mühitin qorunmasıyla bağlı xüsusi proqramların hazırlanmasında və həyata keçirilməsində bələdiyyələr öz sözünü deməlidirlər. Lakin onu da etiraf etməliyik ki, 1606 bələdiyyənin ötən il əldə etdiyi 40 milyon manatlıq büdcə ilə irihəcmili layihələrin icrası mümkün deyildir.
Beləliklə, bu istiqamətdə apardığımız araşdırma və təhlillərdən belə qənaətə gəlmək olar ki, ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun keyfiyyət və məzmun baxımından artırmaq üçün ilk növbədə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması və büdcə gəlirlərinin artırılmasına nail olmaq və bu prosesə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən dəstək vermək lazımdır. Bununla yanaşı bələdiyyələrdə ekologiya məsələsi üzrə komissiyaların səmərəli və çevik fəaliyyəti üçün komissiyanın mütəmadi olaraq iclaslarını təşkil etmək, fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq lazımdır. Bununla yanaşı bələdiyyənin illik fəaliyyət proqramında konkret layihələrin icrası nəzərdə tutulmalı və icrası təmin edilməlidir.
Bununla yanaşı Ekologiya və Təbii sərvətlər nazirliyi və ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaqla mövcud problemlərin həllinə vaxtında nail olmaq lazımdır.
Görüşdə Tovuz Rayon icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi şahmar Həsənli, şəmkir regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Heydər əliyev, 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı Tofiq əliyev geniş məzmunlu məruzələrlə çıxış ediblər.
Müzakirələrdə Alakol bələdiyyəsinn sədri Ceyhun Quliyev, Qovlar bələdiyyəsinin sədri Rövşən əsgərov, Qəribli bələdiyyəsinin sədri Ucal Quliyev və Tovuz şəhər bələsiyyəsinin sədr müavini Firdövsi Fəttahov çıxış edərək mövzu ətrafında öz təkliflərini veriblər.
Görüş ciddi fikri fikir mübadiləsiylə başa çatıb.
Səfər çərçivəsində bələdiyyələrin fəaliyyətiylə daha yaxından tanış olmaq məqsədiylə Tovuz şəhər bələdiyyəsində də bələdiyyə qulluqçularının iştirakıyla görüş keçirlimişdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|