“Bu il Füzulinin Horadiz bələdiyyəsi şəhərə yaxın kəndlərdə kümçülər üçün (barama saxlayanlar üçün) yarpaq tədarükünü təmin edib”- bu fikriləri Beeldiyye.infoya Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev bildirib.
Onun sözlərinə görə, hazırda şəhərdə ağaclar budanaraq növbəti ildə barama saxlanılması işlərinə hazırlıq gedir.
Budama işləri ilk olaraq əsasən mərkəzi yol kənarında maşınların gediş-gelişine çətinlik yaradan və yaşlanmiş ağaclardan başlanılıb.
Sədrin sözlərinə görə, konkret olaraq bələdiyyələr yox bələdiyyə ərazisində olan vətəndaşlar barama saxlamışlar.
Horadiz bələdiyyəsi isə barama götürən vətəndaşlara yarpaq tədarükünda köməklik göstrib. Bu il barama saxlanılması üçün 100 min ədəd dən artıq çekil ağacları gətirilərək əkilib. Növbəti ildə bələdiyyələrin barama saxlamaqla bağlı planları var. Bu bələdiyyələrə əlavə gəlirlərin gəlməsi deməkdir.
Belediyye.info