"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyədə “ipək Yolu” kitabı işıq üzü görüb

--2015-10-29 / 10:08

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), Türk Kültürünə Hizmet Vakfı, TiKA və Yunus Emre instititunun birgə dəstəyi ilə “ipek Yolu” kitabı  oxucuların ixtiyarına verilib.

Professor əhməd Daşagülün redaktorluğu ilə hazırlanan kitaba  Türkiyənin  tanınmış univerisitetlərində çalışan 25 alimin  elmi məqalələri daxil edilib.

527 səhifəlik kitaba çoxsaylı yüksək poliqrafik formaya salnıraq tarixi şəkil və xəritələr,  “Böyük ipək yolu”nun tarixi, bu yolu üzərində olan şəhər və ölkələrdəki  dini-mədəni vəziyyət haqqında bilgilər salınıb.

Kitab nəşr etməkdə müəllif heyətinin əsas məqsədi  o illərin coğrafi kəşfləri və dəniz daşımalarıyilə məşhur olan tarixi yolun bu gün yenidən gündəmə gətirilməsinin bəzi məqamları təhlil edərək ictimai müzakirəyə çıxarmaqdır.

Türk Dünyası Bələdiyyələr Birliyinin yaydığı məlumatda bildirilir ki, kitabın redaksiya heyəti  bu tarixi yolun əhatə edən bütün səmtləri barədə oxuculara geniş və ətraflı məlumat verməyə çalışmışlar.

Yaxın günlərdə kitabı ingilis dilində hazırlanaraq ölkə hüdudlarında kənara paylanılacaq.

Belediyye.info

ŞƏRHLƏR