"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

V.Abdullayev: “Bələdiyyələrdə vergilərin yığımındakı problemləri həll etmək üçün işlək mexanizm yoxdur”

--2016-09-01 / 05:28

Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev Belediyye.infoya açıqlamasında bildirib ki, yerli özünüidarə qurumlarının normal fəaliyyəti üçün onların maliyyə potensialının güclü olması vacib şərtdir. Amma maliyyə imkanlarının zəif olması bələdiyyələrə öz səlahiyyətlərini tam şəkildə yerinə yetirməyə imkan vermir. Fəaliyyətə başlamalarından 16 ilin tamam olmasına baxmayaraq, bələdiyyələr özünü təsdiq edə bilmək üçün yerli əhəmiyyətli problemlərin həllində güc nümayiş etdirə bilmir. Çünki maliyyə vəsaiti yoxdur. Hətta bələdiyyələr özlərinin əsas gəlir mənbəyi olan fiziki şəxslərdən əmlak vergisini də tam şəkildə yığa bilmir.

V.Abdullayevin fikrincə,  hazırda Muxax bələdiyyəsi üzrə illik əmlak vergi yığımlarının səviyyəsi 30-40 faizi keçmir, əmlak vergilərinin yığımında cətinliklərimiz olduqca çoxdur.

Qeyd edilməlidir ki, əmlak vergisindən daxil olan vəsait demək olar ki, heç bir problemin həll edilməsinə kifayət etmir. Kənd yerlərində olan əmlak əsasən yaşayış evləridir, bildiyimiz kimi evdə ki ailədə olan yaşlı vətəndaşların adındadır. Həmin vətəndaşlar da pensiyacılar olduğuna qanuna görə onlara güzəşt tədbiq edilir. Mövcud qanunvericiliyə əsasən pensiyacılar əmlak vergisindən tamamilə azad olduğuna görə, əmlak vergisindən bələdiyyəyə daxil olan vəsait olduqca az bir məbləğ  təşkil edir.

Hazırda Muxax bələdiyyəsinin inzibati ərazisində olan bütün evlər tam olaraq qeydiyyata alınıb və bütün vətəndaşlarımız əmlak vergisi hesablanması və ödənilməsinin vacib oluğundan məlumatları var. Mütəmadi olaraq onlarla bələdiyyə üzvləri, qulluqcuları tərəfindən daim olaraq marifləndirmə işləri aprılır. Mövcud qanunverciliyə əsasən vergi ödəyiçilərimiz bildiriş əsasında vergiləri poçt vasitəsi ilə və yaxud bələdiyyənin bank hesabına ödəyirlər. Bütün marifləndirmə tədbirlərinə baxmayaraq yenə də vergilərin ödənilməsindən yayınan vergi ödəyiçilərimiz var. Biz calışırıq ki, bütün yaranan cətinlikləri mübahisələri danışıqlar yolu ilə həll edək. Çöx sevindirici haldır ki, buna müəyən qədər də olsa nail ola bilirik.

Sədr vegilərin yığımı sahəsindəki problemlərin sərt inzibati metodlarla, yaxud məhkəmə yolu ilə həllinin münasib olmadığını bildirib. əhalidə yerli vergilərə müasibətdə maraq yaratmaq üçün dövlətin bələdiyyələrə dəstəyinə ehtiyac var.

Bildiyiniz kimi əvvəllər qaz, işiq və digər kommunal haqların da ödənişində problemlər vardı. Amma sonradan mexanizm formalaşdı, dövlət kommunal xidmət müəssisələrinə lazım olan dəstəyi verdi və problem həllini tapdı. Lakin bələdiyyələrdə vergi və ödənişlərin yığımındakı problemləri həll etmək üçün işlək mexanizm yoxdur. Bələdiyyə öz ərazisində yaşayan vətəndaşı necə məhkəməyə versin? Biz öz kəndimizdə yaşayan hər gün üz-üzə gəldiyimiz sakinimizi necə məhkəməyə verək?

Deməli, həmin məsələnin məhkəməyə və yaxud da icra qrupuna verilməsi müsbət hal sayıla bilməz. Problemin həlli üçün başqa bir variant tapılmalıdır. Bu sahədə bələdiyyələrə köməklik edilməsinə deyərdim ki, çox böyük ehtiyac var.

Belediyye.info

ŞƏRHLƏR