“Bibiheybət bələdiyyəsində vergı-uçot sistemı BAMS proqramına uyğun qurulub. Vergı obyektı təyın olunur, vergı odəyicisi vergıyə cəlb olunur. Sənədi olan obyektlər üçün son 3 il olaraq hesablanır, iki bildiriş bir xəbərdarlıqdan sonra ödənmirsə sənədlər icra şöbəsinə yönəldilir”- bu fikirləri Belediyye.infoya Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bildirib.
Sədrin sözlərinə ğörə, vergı yığımında “sms-bıldiriş” tətbiq etmişik. Mobil telefon nömrələri olan bildirişdən əlavə olaraq ödəyicilərə sms-də göndərırık.
Qonşu bələdiyyələrlə əlaqələrin qurulması səviyyəsinə toxunan sədr bildirib ki, rayon olaraq Səbail rayonun hər üç bələdiyyəsi bir biri ilə qarışılıqlı əlaqələr fəaliyyət göstərir.
“Vətəndaş məmnunlğunun təmini üçün bələdiyyə hansı addımlar atır”-sualına sədr bildirib ki, vətəndaş mənunluğu bizim ücün ən vacib məsələdir. Kiçik qəsəbə oldugumuz üçün bu cəhətdən coxda problem yaşamırıq, amma yenə əlimizdən gələni əsirgəmirik. Heç bir qəsəbə sakını “mən bələdiyyəyə müraciət etdim, yalnız mənim müraciətimə əhəmiyyət verən olmadı” fikrinə gələ bilməz. Cunkı səlahiyyətlərimiz çərçıvəsində hər bir vətəndaşın problemini həll etməyə calışmışıq.
Belediyye.info