Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Vüqar əliyevin Belediyye.infoya verdiyi məlumata görə, ötən il Müşfiqabad bələdiyyəsi ərazisində yerləşən yaşayış massivlərində yaşayan əhali tərəfindən atılan bərk məişət tullantıları hər gün aidiyyatı üzrə daşınaraq zərərsizləşdirilmişdir.Bələdiyyə tərəfindən xüsusi texnika cəlb edilməklə uzun müddət yığılıb qalmış sənaye və bərk məişət tullantılar yığılaraq daşınmış və ətraf ərazilər abadlaşdırılmışdır.
Hesabat dövrü ərzində yanvar ayından başlayaraq mütamadi olaraq vətəndaşların səyyar qəbulu təşkil edilmişdir. Keçirdiyimiz səyyar görüşlərdə inzibati ərazidə yerləşən xidmət sahələrinin iştirakı təmin edilmiş və qaldırılan məsələlər protokollaşdırılaraq öz səlahiyyətimiz daxilində həll edilməsi təmin edilmişdir.Həll edilməsi imkanımız xaricində olan məsələlər barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Sədr daha sonra qeyd edib ki, bələdiyyə ərazisində özbaşına torpaq zəbtlərinin, qanunsuz tikililərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülmüş, tikintinin dayandırılması barədə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir:
“2017-ci ildə Müşfiqabad bələdiyyəsi tərəfindən 12 bələdiyyə iclası keçirilmiş, 22 əmr verilmiş, eyni zamanda vətəndaşlardan və müxtəlif təşkilatlardan 20 məktub, 21 ərizə və 189 vətəndaş müraciəti bələdiyyəmizə daxil olmuşdur. Həmin məktub və müraciətlərdə qaldırılan məsələlərə operativ müdaxilə edilərək müsbət formada həllinə səy göstərilmişdir.”
Qeyd edək ki, Müşfiqabad qəsəbəsi Yeni Bakı Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşviqin şərəfinə adlandırılmışdır. Qəsəbənin ərazisi 58.8 km2, əhailisinin sayı 9121 nəfər təşkil edir. Qəsəbədə 3 təhsil ocağı, 1 səhiyyə ocağı, 2 uşaq bağçası, 1 mədəniyyət evi, 1 kitabxana və 1 məscid mövcuddur.
Müşfiqabad bələdiyyəsinin tərkibi 11 bələdiyyə üzvündən və 4 daimi komissiyadan ibarətdir.
Belediyye.info