Prezident sərəncamı ilə ötən ildən bələdiyyələrin əmlak vergisinin yığımında ciddi dəyişiklik edildi. Ötən ilə kimi əmlak vergisi mənzilin texniki inventar dəyəri ilə hesablandığı halda, artıq cari ildən bu vergi növünün hesablanması mənzilin kvadrat-metriylə olacaqdır. Qeyd edək ki, əhalinin bütün təbəqəsinin sahib olduğu mənzillərn 30 kv.m-nə güzəşt tətbiq ediləcək. Bəs yeni qəbul edilmiş qaydaların tətbiqi bələdiyyələrə nə verəcək?
Bu məqama aydınlıq gətirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, yeni qaydaların tətbiqi bələdiyyələrin büdcə gəlirlərinin ən azı 25 -30 faiz artmasına imkan verəcək. şəhər və qəsəbə bələdiyyələri bu məqamdan kifayət qədər yararlana biləcəklər.
Ancaq kənd bələdiyyələri əvvəlki illərdə olduğu kimi bu vergi növünün tətbiqində çətinliklərlə üzləşəcəklər. Belə ki, bu gün kənd yerlərindəki əmlakın 85-90 fazinin hüquqi statusu yoxdur. Bu status olmadığından bələdiyyələr hər hansı formada əmlak vergisini yığmaqdan mərhum olurlar. Odur ki, bu istiaqmətdə əhalinin maarifləndirilməsi davam etməli və ən əsası sənədləşdirmə ilə əlaqəli olan tarif dərəcələri aşağı salınmalıdır.
Vüqar Tofiqlinin sözlərinə görə, sənədsiz mənzillərin sənədləşdirilməsini bir pəncərə sistemiylə aparılması və ümumilikdə prosesin “ASANXiDMəTə” həvalə edilməsi daha məqsədə uyğun sayıla bilər.
Belə ki, dünyada Azərbaycan brendi kimi tanınan “ASANXiDMəT”in cəmiyyətdə özünü təsdiqləmiş bir struktur olaraq bu işin öhdəsindən layiqincə gələcəyinə inanmaq olar.