"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüqar Tofiqli: “Bələdiyyələrə əlavə maliyyə dəstəyi verilməmişdən öncə, verilən istiqamətlərdən necə yararlandıqlarını onlardan soruşmaq lazımdır”

--2015-06-24 / 13:08

“Bələdiyyələrə   əlavə maliyyə dəstəyi verilməmişdən öncə, verilən istiqamətlərdən necə yararlandıqlarını onlardan soruşmaq lazımdır.”- bu fikri Belediyye.info saytına açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli bildirib.

Onun sözlərinə görə, bələdiyyələr həqiqətən onlara verilən maliyyə istiqamətlərindən tam yararlana bilmirlər. Bu gün mədən vergisnin , sanatoriya- kurort rüsumlarının, küçə reklamlarının və avtomobil dayanacaqlarından daxil olan ödənişlər sıfır həddindədir.

Qeyd edək ki, 2014 -cü ildə daxil olan ödənişlərin  0,3 %-i avtomobil dayancaqlarından, 1,3 % -i mədən vergisindən, cəmi 1,0 %-i isə sanatoriya- kurort   rüsumlarından daxil olub. Sədrin sözlərinə görə, yuxarıda qeyd edilən rəqəmlər son on il ərzində  demək olar ki dəyiməz qalıb.  

Ötən il bələdiyyələrin əldə etdiyi 50 milyon manata yaxın vəsaitin tən yarısı bələdiyyə əmlakının və torpağının özəlləşdirməsindən daxil olub. Son on ildə bu bələdiyyələrin əsas maliyyə istiqaməti olaraq qalıb. Bələdiyyələri digər istiqamətlərdən də maliyyə toplamağa hazırlamaq lazımdır.

Odur ki, əsas diqqəti  bələdiyyə üzvlərinin maarifləndirməsinə  yönəldilməlidir ki, yeni seçilmiş bələdiyyə sədrləri səhvlərə yol verməsinlər  və əlavə maliyyə cəlb edə bilsinlər.

Təşkilat rəhbərinin sözlərinə görə, bələdiyyələr  həm özləri öyrənməli, həm də əhali arasında maarifləndirmə işləri aparmalıdırlar. Bundan əlavə ərazilərində konkert layihələrin icrasıyla bağlı əhalidən könüllü   vergilərin tətbiqinə də maraq göstərməlidir. 

Belediyye.info

ŞƏRHLƏR