"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüqar Tofiqli: “Hərrac komissiyalarının yaradılmasında balans gözlənilməlidir”

--2015-07-13 / 16:41

Hazırda hərrac komissiyalarının yaradılmasıyla bağlı fikirlər deyilsə də, hələlik bir qərar verilmədiyi deyilir. əmlak Komitəsi bu proseslə bağlı hər hansı açıqlama verməsə də bu günlərdə Sumqayıtda komitənin təşkilatçılığı ilə keçirilən iclasda yaxın günlərdə prosesə start veriləcəyi deyildi.

Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, istənilən halda bələdiyyələrin mənafeyini qoruyan, onları komissiyada təmsil edən nümayəndə olmalıdır. Təəsüf ki, bu balans Dövlət Torpaq   və Xəritəçəkmə Komitəsi fəaliyyəti dövründə qorunmadı, üstəlik bələdiyyələr cəmiyyətdə “torpaqsatan” qurum kimi təqdim edildi.

Artıq nə komitə var, nə dəki həmin hərrac komissiyaları. ilk hərrac komissiyalarında iki nəfər torpaq komitəsini, bir nəfər rayon icra hakimiyyətini, bir nəfər yerli ictimaiyyəti və bir nəfər bələdiyyəni təmsil edirdi. Məhz bu addımla ədalət prinsipi pozuldu. Yəni  rayonlarda olan çoxsaylı bələdiyyəni komissiyada bir nəfər təmsil etdi.

QHT sədrinin sözlərinə görə,   rayonda olan bütün bələdiyyə sisteminin bir nəfər təmsil etməsi düzgün hal deyildi. Bununla barışmaq olmazdı. Fikrimcə, yeni yaradılacaq strukturda bu ədalətsizlik olmayacaq, bələdiyyələrin hərrac komissiyalarında təmsilçiliyi ədalətli olacaqdır.

Belediyye.info

ŞƏRHLƏR