“Xəzər rayonu Buzovna bələdiyyəsinin iclasında qəbul edilən qərara əsasən bələdiyyəyə borcu olan vətəndaşlara bildirişlər göndərilməklə yanaşı, ardıcıl olaraq göndərilən xəbərdarlıq məktubundan sonra qəbul edilən aktları icrası üçün ədliyyə nazilriyinin Xəzər rayonu icra şöbəsinə göndərilib”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna Bələdiyyəsinin hüquqşünası Vüsal Poladov bildirib.
Bələdiyyənin hüquqşünasının sözlərinə görə, 2022-ci ilin yanvar ayından may ayına qədər bələdiyyəyə əmlak və torpaq vergisi ilə əlaqədar borclu olan 57 nəfər barəsində bələdiyyə iclasının qəbul etdiyi aktlar Xəzər rayon icra şəbəsinə göndərilmişdir.
Həmin şəxslərdən 24 nəfəri tam şəkildə, 9 nəfər isə hissəvi ödəniş edərək bələdiyyəyə olan borclarını bağlamışlar.
Ümumilikdə, əmlak vergisindən 25.654 manat, torpaq vergisindən 15.671 manat maliyyə vəsaiti bələdiyyə büdcəsinə daxil olub/
Belediyye.info