"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüsal Səfərov:”Seçicilərimizin etimadını doğruldacağıq”

--2016-07-16 / 23:38

Siyəzən rayon Zarat Bələdiyyəsinin sədri Vüsal Səfərovun Belediyye.info verdiyi məlumata görə, Zarat bələdiyyəsinin təşəbbüsü və dəstəyi ilə kəndə icməli su xəttinin çəkilişi başa çatıb. Bununla yanaşı 1800 metrlik su xətti dəyişdirilib.

əraziyə texniki su xəttinin çəkilişi də diqqətdən kənarda qalmayıb. Belə ki suvarılmayan ərazilərin su ilə təmin etmək məqsədiylə “Taxta körpü” su ambarından ayrıca xətt çəkilərək sakinlərin istifadəsinə verilib.

Bununla yanaşı kəndin girəcəyində   həmin su xəttindən istifadə etməklə bulaq da istifadəyə verilib. Bulağın ətrafına çınqıl tökülərək maşın - mexanimzlərin köməyi ilə bərkidilərək üstündən asfalt vurulmuşdur.

Sədrin sözlərinə görə, bələdiyyə əhalidən vergilərin yığımında çətinlik çəksə də müfəttişlərimizin sakinlər arasında apardığı maarifləndirmə işləri nəticəsində   nəzərdə tutulan vergilərin bir qismi artıq yığılıb.

Lakin bir  sıra sahibkarlıq fəaliyyətiylə məşğul olan şəxslər vergiləri ödəməkdən yayınsalarda, biz bələdiyyə olaraq əhali arasında maarifləndirmə işlərini aparmaqda davam edəcək, bələdiyyəmizin büdcədaxilolmalarını artırmaqla kəndarası yolların təmirini başa çatdıracağıq.

Bu gün kəndarası yolların xeyli hissəsi çınqıl tökülərək yayılıb, sakinlərin gediş gəlişi üçün şərait yaradılıb.

Sədrin fikirincə, doqquz nəfərlik bələdiyyə üzvümüzlə daim seçicilərimizlə söhbətlər aparır, onların qarşılaşdığı problemləri öyrənir, habelə problemlərin həlli üçün birgə addımlar atmağa qərarlıyıq.

Bizim hər bir bələdiyyə üzvümüz seçicilərimiz qarşısında götürdüyümüz bütün öhdəliklərin  yerinə yetirilməsinə çalışacaq və seçicilərimizin etimadını doğruldacağıq.

Belediyye.info

ŞƏRHLƏR