"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüsalə Mirzəyevə: “Evlərin sənədləşdirilməsi bələdiyyələr üçün böyük imkanlar aça bilər”

--2015-05-29 / 19:13

“əmlak vergisinin toplanması ilə proses hələki zəifdir. Lakin biz öz potensialımız çərçivəsində bu prosesi sürətləndirməyə çalışırıq”. Bu fikirləri belediyye.info saytına Zığ bələdiyyəsinin sədri Vüsalə Mirzəyeva bildirib. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı qanunvericiliyə edilən son əlavə və dəyişikliklərdən sonra vətəndaşlardan vergilərin toplanması banklar və poçtlar vasitəsilə həyata keçirilir: “Bununla da əhalidən nəğd pulun alınmasına qadağa qoyulub. Bu hesab edirəm ki, müsbət haldır, amma vətəndaşların maarifləndirilməsinə böyük ehtiyac var. Düzdür biz öz imkanlarımız daxilində əhaliyə bildirişləri təqdim edərkən, onlara bütün lazım olan maarifləndirməni həyata keçiririk. Lakin çox yaxşı olar ki, bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilsin. ən azından sosial reklam çarxları vasitəsilə insanlar izah olunsun. Onlar da öz növbəsində könüllü şəkildə bələdiyyə aid vergiləri ödəməyə maraqlı olardılar. Amma indi ümumilikdə proses zəif gedir”.

V.Mirzəyeva əlavə edib ki, Zığ bələdiyyəsi ərazisində də sənədsiz evlər kifayət qədər var. Onun sözlərinə görə, həmin evlərin sənədləşdirilməsi bələdiyyələr üçün çox yaxşı imkanlar aça bilər: “Həmçinin bələdiyyə ərazisində əmlakların qeydiyyatı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Bizim bələdiyyə tərəfindən indiyədək qeydiyyat aparılıb və indi də bu proses davam edir”.

Bəxtiyar Məmmədli

 

ŞƏRHLƏR