Bu fikirləri Belediyye.info saytına aşıqlamasında Balaxanı bələdiyyəsinin sədri Vüsalə Səlimova deyib.
Sədrin sözlərinə görə, qəsəbədə yığılan əmlak və torpaq vergisi əsasında qəsəbənin abadlaşdırılmasına , ekoloji vəziyyətin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyacı olan qəsəbə sakinlərinin problemlərinin həllinə yönəldilib.
Bələdiyyə tərəfindən Səfəvilər, Dirçəliş, H.Soltan və M.ə.Sabir küçələrində 15 ədəd kanalizasiya lukları yenisi ilə əvəz olunub. Qəsəbədə bir sıra abadlıq, tikinti və quruculuq işləri aparılıb. Bələdiyyənin maliyyə vəsaiti hesabına Partizan Məmməd küçəsinin bir hissəsində yol asfaltlanıb.1941-1945-ci il ikinci Dünya Müharibəsində həlak olmuş həmyerlilərə həsr olunan abidənin , eləcə də “şəhidlər xiyabanı”nda abadlıq, bərpa və təmir işləri bələdiyyə tərəfindən başa aparılır.
“Hərəyə bir ağac əkək” aksiyası ilə qəsəbənin müəyyən yerlərində ağaclar əkilir və yaşıllıqlar salınır. Payız -qış mövsümü ilə əlaqədar qəsəbədə hazırlıq işləri aparılır. Bələdiyyəyə müraciət edən sakinlərin fərdi yaşayış evlərinin dam örtükləri bələdiyyənin vəsaiti hesabına təmir edilir.
Sədr onu da qeyd edib ki, bir çox qəsəbə sakinlərinin müraciəti əsasında problemlərin həlli məqsədi ilə onlara bələdiyyə büdcəsindən məyyən məbləğlərdə maddi yardım göstərilib. Qəsəbədə Qələbə günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə 3 nəfər Böyük Vətən Müharibəsi veteranına köməklik göstərilib. Eyni zamanda Ramazan bayramı münasibətilə aztəminatlı, imkansız ailələrə bayram payı və pul vəsaiti verilib. Rayon səviyyəsində keçirilən tədbirlərə Balaxanı Bələdiyyəsi də yaxından iştirak edib: “Vətəndaşların bələdiyyəmizə münasibəti istidir və bizim fəaliyyətimizə inanır. Odur ki, onaları narahat edən bütün məsələlərdə bələdiyəyə müraciət edir. Bu günədək Balaxanı Bələdiyyəsinə 140 məktub və ərizə daxil olub. Daxil olmuş bütün məktub və müraciətlərə vaxtında baxılıb, nəticəsi barədə qanunvericiliyə uyğun qaydada cavab verilib.”
Xatırladaq ki, bələdiyyə üzvlərinin 2015-ci ilin 6 ayı ərzində 11 iclası keçirilib ki, həmin iclaslarda müvafiq məsələlər müzakirə edilərək hər biri haqqında qərar qəbul edilməklə icra olunub.
Belediyye.info