"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmazda “ Yardım et " kompaniyası keçirilib

--2018-01-11 / 11:07
 
“ YARDIM ET !“ KOMPANiYASI ÇəRÇiVəSiNDə “ əl tutmaq əlidən qalıb “ – deyirlər
 
Bəli, imkansıza yardım etmək, onları sevindirmək xeyirxah əməl sayılır. Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı… Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul.
Görürük ki, Allah (c.c) birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir. ilk baxışdan insan buna təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır?
Halbuki, həmin insanlar ətraflarına diqqət etsələr, görərlər ki, Allah hamıya ruzini bol-bol verir. Kimisinə uşaqlığında, kimisinə gəncliyində, kimisinə qocalığında. Ruzi təkcə mal, mülk, yemək, içmək deyildir.
Allah kimisinə çoxlu mal, mülk verir, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə qiymətli qonşular, qohum və s. verir. əgər, insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi. Məhz buna görə də, xeyirxah əməllər etmək və bununla kənardakılara nümunə olmaq lazımdı. Buna təkcə ayrı-ayrı adamlar deyil, bir sıra təşkilatlar da qoşularsa, daha məqsədəuyğun olar.
Belə addımı atan ilk təşkilatlardan biri Xaçmaz rayon H. əliyev adına Mərkəz oldu. Mərkəzin direktoru Könül əsgərova ilə həmsöhbət olduğumda o “ Yardım et !“ kompaniyası ilə bağlı daha ətraflı məlumat verdi. (əlavə edə ki Xaçmaz rayon Heydər əliyev Mərkəzinin direktoru Könül əsgərova həm də Xaçmaz bələdiyyəsinin  üzvüdür- Belediyye.info)
“ Yardım et! “ kompaniyası çərçivəsində əlil ailələrinin bir qisminə, az təminatli şəhid ailələrinə ərzaq yardımı edilmişdı.
Bu layihə YAP Xaçmaz təşkilatının dəstəyi ilə həyata keçirilmişdi. Fiziki qüsuru olan şəxslərin cəmiyyətdən tədric olunmaması üçün hamılıqla çalışmalıyıq. Onların əksəriyyəti xüsusi istedada malik olurlar. Həmin istedadları üzə çıxarmaq, onlarla işləmək lazımdır.
Könül əsgərova onu da bildirdi ki, digər məqsədlər üçün də mərkəzimizə müraciət edənlər var. “Mən ixtisasca müəlliməyəm”- “ Yardim et! “kompaniyasi çərçivəsində eşitmə və ya başqa qüsuru olan məktəblilərə fərdi dərslər keçə bilərəm. ilk şagirdim artıq dərsə başlamışdı. Bundan əlavə mən arzulayardım ki, bizim H. əliyev adına Mərkəzdən rayonumuzun hər bir sakini səmərəli istifadə etsin.
Məktəblilər bilik yarışması keçirmək istəyirsə, buradan istifadə edə bilərlər. Cənab şəmsəddin Xanbabayevin səyi və köməkliyi ilə tikilib istifadəyə verilən bu bina hər birimiz üçün hədiyyədir.
Könül əsgərova yenidən “ Yardım et !” silsilə kompaniyasına qayıdaraq Xaçmaz Reabilitasiya mərkəzindəki fiziki qüsurlu balacalarla görüşdüklərini də qeyd etdi. Yeni il münasibətilə onları bayram sovqatı ilə sevindirdikləri haqda danışdı. Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Gəlin, unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar… Gəlin, bu sevinci yaşatmaq üçün yaşayaq! Gəlin, xeyirxahlıq etmək üçün gecikməyək!
Gülxar RəHiMLi, “
"XAÇMAZ" qəzeti 
ŞƏRHLƏR