Xaçmazda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Xaçmaz RiH yayıb. Hesabat yığıncağında çıxış edən Xaşmaz RiH başçısı şəmsəddin Xanbabayev bildirib ki, hesabat ilinin ən diqqət çəkən inşaat nümunələrindən biri də tikintisi iki ay ərzində tamamlanacaq “Saatlar Qülləsi”dir.
icra başçsının sözlərinə görə, qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Səkkiz mərtəbəli qüllə şəhərin girişində yerləşən “Çənlibel” parkınaəlavə gözəllik verəcəkdir.
Qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarına veriləcək. Yuxarı mərtəbələr isəşəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin mərkəzində isə hər tərəfdən görünən 4 saat quraşdırılıb. Bir məqamı qeyd edə bilərik ki, təkcə Bakı prospektində 14 ədəd saat quraşdırılmışdır. Xüsusilə bu saat kompleksləri sırasında memarlıq üslubuna görə rayonumuz üçün yeni bir tkinti nümunəsi hesab olunan Saatlar Qurğusudur. Xaçmazı bu gün parklar və muzeylərşəhəri adlandırmaq olar. Çünki, ötən dövrdə rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb.Bundan əlavə rayonun Xudat şəhərində 40 yerlik uşaq bağçasıüçün hal-hazırda yeni bina tiklilməkdədir. Bu yeni tikili rayonumuzun balaca sakinlərinin təlim-tərbiyəsinə xidmət edəcəkdir.
Belediyye.info