"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciəsidir

--2017-02-24 / 13:54

Binəqədi rayon  Biləcəri qəsəbəsində şəhid Rizvan Pirnəzərov adına 299 saylı məktəb-liseydə məktəbin kollektivi Xocalı soyqırımının 25 illiyinə həsr edilən geniş tədbir keçirib.

Tədbirdə məktəb şagirdlərinin soyqırımla bağlı çəkdikləri rəsimlər nümayiş etdirilmiş, “şahinlər”dən ibarət qrup tərəfindən hazırlanmış musiqili bədii səhnələr təqdim edilib.

Göstərilən səhnələrdə və söylənilən şeirlərdə erməni qəsbkarlarının soydaşlarımıza qarşı misli görünməmiş vəhşilikləri öz əksini tapmışdır.

Tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Rizvan Pirnəzərovun xatirəsi də yad edilmiş, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi baxımından məktəbin direktoru Solmaz Kazımovanın, Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin və şəhid Rizvan Pirnəzərovun bacısı Qəndab Pirnəzərovanın çıxışları dinlənilmişdir.

Tədbir məktəb şagirdləırinin hazırladığı bədii kompozisiyası ilə başa çatıb.

Belediyye.info

ŞƏRHLƏR