sorğu
"Gələcəyimiz üçün ağac əkək" devzi altında Binəqədi rayon Xocəsən bələdiyyəsi olaraq ağacəkmə aksiyası keçirib. Bu barədə məlumatı Binəqədi rayon Xocasən bələdiyyəsi yayıb.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına , ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək , ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Məlumatda daha sonra bildirir:
“Xocəsən bələdiyyəsi olaraq bu cür aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini sakinlərimizin xüsusi ilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyirik.”
Belediyye.info
|
|
|
|
|
|
|