"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsində “Yerli demokratiya həftəsi” keçirildi

--2015-10-24 / 11:51

 Binəqədi rayonu Xocasən bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutulan tədbirlər proqramını davam etdirir.

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, hazırda qəsəbə ərazisində   qeyri- rəsmi 50 min nəfərdən artıq vətəndaş məskunlaşıb. Onların qarşılaşdığı problemləri həll etmək, o cümlədən indiyədək bələdiyyə haqqında formalaşmış mənfi rəyi dəyişmək üçün yeni seçilmiş bələdiyyə üzvləri konkret olaraq addımlar atır.

Həftə ərzində yerlərdə  üç gorüş keçirilmiş və sakinlərin qarşılaşdığı problemlərin həlli istiqamətində addımlar atılmışdır. Bir sıra məslələrin bələdiyyəyə aidiyyəti olmasa da, bu məslələrin həmin qurumlar qarşısında qaldırılması qərara alınmışdır.

Bununla yanaşı həftə ərzində  bələdiyyə sədri Anar Abbasov tərəfindən 22 nəfər qəbul olunmuş və onların müraciətləri dinlənilmişdir.

Qeyd edək ki, müraciətlrəin bəziləri torpaqla bağlı olmuşdur.

Belediyye.info 

ŞƏRHLƏR