Xocəsən bələdiyyəsinin inzibati ərazisində qanunsuź küçə ticarətinin qarşısının alınması məqsədi ilə monitorinq keçirilib. Bu barədə məlumat Binəqədi rayon Xocasən bələdiyyəsindən daxil olub.
Məlumatda qeyd edilir ki, monitorinqdə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən baş məsləhətçi Elşad Rəhimov, Binəqədi RiH-in Xocəsən Qəsəbəsi inzibati ərazi Dairəsi üzrə nümayəndəsi əlikiram Haqverdiyev, Xocəsən Bələdiyyəsinin sədri Anar Abbasov və Binəqədi Rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşları iştirak ediblər.
Monitorinq zamanı qanunsuz küçə ticarətinin ləğvi istiqamətində addımlar atılmış, sahibkarlarla söhbət aparılaraq müvafiq göstərişlər verilib.
Bələdiyyənin yaydığı məlumata görə, rayon ərazisində bu tipli monitorinqlər davam edəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|