"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli özünüidarəetmə orqanlarının inkişafına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirilir

--2023-02-16 / 10:39

 (Abşeron rayonu Görədil bələdiyyəsinin 2022-ci il üçün görülən işlər barədə H E S A B A T I)

 əsası Ümummilli liderimiz Heydər əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.

Heydər əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti ilham əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.          

Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində ulu öndərin uzaqgörənliyini bir daha sübut etdilər.

Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində mühüm işlər görmüşlər.

Görədil kəndində həm I Qarabağ, həm də II Qarabağ müharibəsi iştrakçıları eyni zamanda imkansız, aztəminatlı ailələr ,qazilər, müharibədə könüllü iştirak etmiş şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. Hər il bayram münasibəti ilə ərzaq yardımı paylanılır.2022-ci ildə də Novruz bayramı münasibətilə 50 ailəyə ərzaq yardımı verilmişdir.

Ramazan ayında 40-dan çox aztəminatlı ailələrə icra nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən bayram sovqatları paylanmışdır. Müqəddəs Qurban bayramında da belə ailələr yaddan çıxmamışdır. Ümumilikdə 54 ailəyə Qurban payı paylanılmışdır.

Aprel-may aylarında ağacların gövdələri ağardılıb, budanması təmin edilmiş, ətraflarda olan alaq otları biçilmişdir. Ötən bir ildə Rayon icra hakimiyyətinin təşəbbüsü ilə ümumilikdə kənddə 1200 dən çox müxtəlif növ ağaclar yol kənarlarına, Gənclər, A.Məşədioğlu və s. küçələrə əkilmişdir. 99 ədəd ağac ulu öndər H.əliyevin 99 illik yübleyi münasibətilə, I Qarabağ müharibəsində qəhramancasına döyüşərək həlak olmuş 201, eləcə də II vətən müharibəsində canlarını qurban verən Abşerondan olan 93 şəhidin hər birinin adına şam ağacı əkilib, xatirələri bir daha yad edilmişdir. Kənddə əkilən ağaclar mütəmadi olaraq sulanır və aqrotexniki qulluq olunur.

Ötən bir il ərzində bir sıra abadlıq işləri aparılmışdır. Bələdiyyənin inzibati binasının 90 kv.m hissəsi qaşnaraq binder məhlulu ilə yuyulmuşdur. inzibati binanın 230 kv.m hissəsi və kənd qəbiristanlığının 505 kv.m hasarı emulsiya boyası ilə rənglənmişdir. Bütün bu işlərin görülməsi bələdiyyə büdcəsinin vəsaiti hesabına aparılmışdır.

Bundan əlavə bələdiyyənin inzibati binasının daxili əsaslı şəkildə təmir olunmuşdur. Təmir zamanı elektrik, rabitə, qaz və kanalizasiya xətləri tamamilə yenilənmişdir. Qapı və pəncərələr dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

Ötən 1 il ərzində kənd ərazisində məhəllə daxili yollarda bir sıra cari təmir işləri aparılmışdır. Kəndin Ağaəli Məşədioğlu küçəsi daxili imkanlar və kənd sakinlərinin köməkliyi sayəsində abadlaşdırılmışdır. Belə ki, həmin küçəyə 520 kv.m asfalt örtüyü vurulmuşdur. Bir neçə məhəllə daxili küçələrdə də doqquz ay ərzində müəyyən cari təmir işləri aparılmışdır. Bundan əlavə ismət Qayıbov küçəsinə 600 kv.m, Mir Məhəmməd küçəsinin 1-ci dalanına 120 kv.m, 2-ci dalanına 180 kv.m, Murtuza Muxtarov küçəsinə 600 kv.m asfalt örtüyü vurulmuşdur. Kəndin H.Z.Tağıyev küçəsində 1-ci dalana 1800 kv.m, əzim əzimov küçəsinə 1200 kv.m çınqıl-qravil məhlulu tökülərək yayılmışdır. Məhəllədaxili küçələrdən biri olan Rəşid Behbudov küçəsinə 3280 kv.m asfalt qırıntısı tökülərək yayılmışdır.

Kəndin şərq hissəsində yeni massiv adlanan ərazidəki 1296 kv.m, Məmməd Araz küçəsinin 500 kv.m məhəllə daxili küçələrə asfalt örtüyü çəkilmişdir. Növbəti aylarda daha bir neçə məhəllədaxili yolun abadlaşdırılmasını qarşımıza məqsəd qoymuşuq.

Ötən bir ildə kəndin bir neçə hissəsində küçə işıqlandırılması ilə bağlı işlər aparılmışdır. Belə ki, Mir Məhəmməd küçəsində 18 ədəd, Abbas Səhhət və əhməd Cavad küçəsində 16 ədəd işıqlandırma dirəyi basdırılmışdır. Hal-hazırda mərkəzi küçənin və bir neçə məhəllə daxili küçənin işıqlandırılması ilə bağlı görülən işlər yekunlaşmaqdadır.

Görədil kənd məktəbinin və mərkəzi küçənin adını daşıyan şəhid i.Yusifovun anım və doğum günü icra nümayəndəliyi , kənd bələdiyyəsi və kənd sakinləri tərəfindən hörmətlə yad edilmiş, şəhidin ailə üzvləri ilə bir yerdə qəbr üstünə gedilərək məzarı üstünə güllər qoyulmuşdur.

Görədil kənd şəhidlərinin xatirəsinə orta məktəb qarşısında Xatirə bulağı kompleksi tikilmişdir.

Aprel ayında Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin kənd sakinləri ilə səyyar görüşü keçirmişdir. Səyyar görüş zamanı icra başçısı sakinlərin əsaslı şikəyət və təklifləri ilə yaxından tanış olmuş və mövcud problemlərin həll olunması istiqamətində ciddi tapşırıqlar vermişdir.

Bu ilin iyul ayında növbəti dəfə Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin kənd sakinləri ilə səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınmış, həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

Ötən bir ildə kənd ərazisində məişət tullantılarının daşınması işi davam etdirilmişdir. Müəyən çətinliklərə baxmayaraq məişət tullantılarının fərdi yaşayış evlərindən daşınması həftədə iki dəfə nəzərdə tutulub. Kəndin məhəllə daxili küçələrinə atılmış tullantılar mütəmadi olaraq sosial işçilər tərəfindən yığılaraq təmizlənir.

Yay fəslində içməli suyun fasilərlə verilməsi kənd sakinləri arasında əsaslı narazılıqlara səbəb olur. Bu istiqamətdə işlərin görülməsi, fasiləsizliyin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi qarşıya məqsəd qoyulmuşdur.

Ötən bir ildə kənd küçələrinə küçə adlarının verilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Belə ki, üç küçəyə II Qarabağ şəhidləri Polad Həşimovun, Cəbrayıl Dövlətzadənin və Xudayar Yusifzadənin adı verilmişdir. Həmin küçələrə lövhələr vurulmuşdur.

27 sentyabr Anım günü ,8 noyabr Zəfər bayramı münasibəti ilə əlaqədar kənd küçələri, idarə və təşkilatlar bayraqlarla bəzədilmiş və tədbirlər keçirilmişdir. 1 nəfər qazi Coşqun Ağazadəyə 100 manat dəyərində ərzaq yardımı verilmişdir.

Yeni il bayramı və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə şəhid və qazi ailələrinə ərzaq yardımı paylanılmışdır.

Kənd sakinlərinin narazılıqlarından biri də 592 və 108A marşrut xətləri ilə bağlı olmuşdur. Həmin marşrut xətləri üzrə avtobuslar vaxtlı-vaxtında işləmirdi. Marşrut avtobusları ilə bağlı şikayətlər nəzərə alınmış DNA-nə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. 592 nömrəli marşrut xətti ilə bağlı problem qismən öz həllini tapsada sakinlər tərəfindən bu marşrut xətləri ilə bağlı narazıçılıqlar qalmaqda davam edir.

Ötən il bələdiyyənin 15 iclası keçirilmişdir. Keçirilən iclasların hamısı protokollaşdırılmışdır. Protokollar qanunverciliklə müəyyən edilmiş müddətdə Bələdiyyələrlə iş Portalına daxil edilmişdir.

Ötən il bələdiyyə tərəfindən müxtəlif idarə və təşkilatlara 139 məktub göndərilmişdir. idarə və təşkilatlardan bələdiyyəyə 110 məktub daxil olmuşdur. Vətəndaşlardan 15 ərizə, müraciət, işçilərdən isə 10 ərizə daxil olmuşdur. işçilərlə bağlı 17 əmr verilmişdir. Tərtib edilən aktların sayı 9, vətəndaşlara isə ümumilikdə 33 arayış verilmişdir.

Bələdiyyənin maliyyəsini onun gəlirləri təşkil edir. Bələdiyyənin ötən 2022-ci ildə gəlirləri 77364,01 manat, xərcləri isə 80093,75 manat təşkil etmişdir. Gəlirlərdən torpaq vergisi 9199,79 manat, əmlak vergisi 21669,22 manat, torpağın özgəninkiləşdirilməsindən daxil olan gəlir 44525,0 manat, dövlət büdcəsindən ayrılmış dotasiya 1970,0 manat olmuşdur. Ötən illərlə gəlirləri müqayisə etdikdə əhəmiyyətli dərəcədə artımın olduğunu görürük. Belə ki, 2019-cu ildə bələdiyyənin gəlirləri 19953,77 manat təşkil etdiyi halda 2022-ci ildə bu rəqəm 77364,01 manat olmuşdur. Buda %-lə müqayisə etdikdə 388% artım deməkdir. Bu ildə bələdiyyə gəlirlərinin əsasını təşkil edən torpaq və əmlak vergisini yığılmasına çalışacağıq.

Ötən 2022-ci ildə bələdiyyənin xərcləri ümumilikdə 80093,75 manat olmuşdur. Yerli büdcə üzrə xərclər 90000,0 manat təsdiq edilmişdir. Bu da smeta üzrə nəzərdə tutulmuş xərclərin 89% icra edilməsi deməkdir.

Bələdiyyənin saxlanması xərclərinə 53031,0 manat, sosial müdafiə və sosial təminat xərclərinə 3975,0 manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 15225,0 manat, digər xərclərə isə 7863,0 manat vəsait xərclənmişdir.

Ötən il bələdiyyədə ümumilikdə qəbula gələn vətəndaşların sayı 78 nəfər olmuşdur. Qəbula gələn vətəndaşların müraciətləri ətraflı araşdırılmış, həlli bələdiyyənin səlahiyyətləri daxilində olan müraciətlər yerindəcə həll edilmiş, digər müraciətlər isə həll edilməsi üçün müxtəlif idarə və təşkilatlara göndərilmişdir.

ilqar Məmmədov

Abşeron rayonu Görədil bələdiyyəsinin sədri

ŞƏRHLƏR