"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Z.Fərəcov: “"Bələdiyyə işçiləri günü”ün keçirilməsi daha doğru addım olardı"

--2016-07-25 / 23:20

“Bələdiyyə  üzvlərinin və  qulluqçularının peşə bayramının qeyd edilməsi təqdirəlayiq haldır”-bu fikirləri Belediyye.infoya Abşeron rayon Saray Bələdiyyəsinin maliyyə məsələləri üzrə mütəxəssisi Zöhrab Fərəcov bildirib.

Z.Fərəcov bayramın adının “Bələdiyyə işçiləri günü” kimi qeyd edilməsini təklif edir. Həmin günü isə ölkəmizdə  bələdiyyə seçkilərinin keçirildiyi günlərdən birində qeyd etmək olar.

Belə olarsa həmin günü bu  sistemlə bağlı olan hər kəs ürəklə qeyd edəcək, həm bələdiyyə üzvləri, həm bələdiyyə qulluqçuları, həm də vaxtılə üzv olmuş və ya qulluqçu olmuş şəxslərə də şamil ediləcək.

Belediyye.info

ŞƏRHLƏR