Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyətini və idarəçiliyini təkmilləşdirmək, bu istiqamətdə dövlət siyasətinin vahid mərkəzdən idarə oluması üçün müvafiq mərkəzi icra orqanının yaradılmasına ehtiyac vardır. Yaradılacaq qurumun nazirlik, komitə və ya dövlət agentliyi qismində ədliyyə Nazirliyinin Bələdiyyələrə iş Mərkəzinin bazasında olması məqsədəuyğun ola bilər. “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin bu təklifinə münsibət bildirən müstəqil ekspert Zöhrab Fərəcov Belediyye.infoya acıqlamasında bildirib ki, belə bir orqanın yaradılması həqiqətən bələdiyyələrin iş fəaliyyyətinin yaxşılaşdırılmasına böyük köməyi dəyə bilər. Belə ki, bu istiqamətdə apardığımız təhlillər göstərir ki, başqa sahələrlə yanaşı, bələdiyyələrdə uçot və maliyyə sisteminin təkmilləşdirilməsində əməli tədbirlərin keçirilməsinə ehtiyac vardır.
Z.Fərəcovun sözlərinə görə, hazırda bələdiyyələrin əksəriyyətində xırda mühasibatlıqlar mövcuddur. Bu gün onların bazasında mərkəzləşdirilimiş (rayon şəhər və qəsəbələr üzrə) mühasibatlıqlar yaratmaq olar və bununla da daxil olan vəsaitlərin səmərəli istifadəsini təmin etmək olar.
Bu gün bələdiyyələrdə tələb olunan maliyyə hesabatları ya tərtib olunmur, ya da tərtib olunduğu halda yuxarı təşkilat olmadığında heç bir quruma təqdim göndərilmir. Eyni zamanda bələdiyyələrdə audit yoxlamaları pərakəndə şəkildə aparılır və nəticələri təhlil olunmur. Bu da öz növbəsində audit yoxlamalarnın keyfiyyətinə təsir edir və bələdiyyələrin nəzarətsizliyinə gətirib çıxarır.
Son illər dövlət tərəfindən bələdiyyələrin iş fəaliyyətinin yaxşılaşdırlması üçün bir sıra hüquqi sənədlər təsdiq edilmişdir. Lakin bunların bələdiyyələrdə vaxtında tətbiq edilməsi üçün onlara əmələ kömək gösətrə bilən icra orqanı yoxdur. Bu baxımdan belə bir orqanın yaradılması məqsəduyğun hesab olunur.
Belediyye.info