Nəsimi Rayon icra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Bələdiyyəsinin təşkilatçılığı ilə Zorge bağında Türkiyənin izmit bələdiyyəsinin iştirakıyla “Pişmaniye” festivalı keçiriləcək.
14-17 iyul aralığında baş tutacaq festivala qardaş Türkiyədən 60 nəfərlik nümayəndə heyəti qatılacaqdır.
“Pişmaniye festivalı” heyətinin tərkibinə Türkiyə Böyük Millət Məclisinin üzvləri, izmit Bələdiyyə rəsmiləri və pişmaniyyəçilər qrupu daxildir.
Qeyd edək ki, qardaş Türkiyənin izmit bələdiyyəsi ilə dostluq əlaqələrinin inkişafi istiqamətində 13.08.2015-ci il tarixdə “Nəsimi bələdiyyəsi və izmit Bələdiyyəsi arasında Qardaşlıq protokolu” imzalanıb.
Nəsimi Rayon icra Hakimiyyətinin təşəbbüsünə dəstək olaraq izmit Bələdiyyəsi hər il öz şəhərlərində və xaricdə təşkil etdikləri Peşmaniyyə festifalınının 8-cisini bu il Bakı şəhəri Nəsimi rayonu ərazisində reallaşdırmağı nəzərdə tutub.
Nəsimi Bələdiyyəsindən bildiriblər ki, festivalın ölkəmizdə baş tutması, mədəniyyətlərarası birliyinin təmin edilməsi və dəyərlərimizin gələcək nəsillərə ötürülməsində böyük rol oynayacağına bir daha təkan verəcək.
Belediyye.info